" Aqrar sahədə ənənəvi təsərrüfatçılıqdan intensiv təsərrüfatçılığa keçid nəzərdə tutulur"
İnnovativ texnologiyaların tətbiqi hesabına aqrar sahənin ənənəvi təsərrüfatçılıqdan intensiv təsərrüfatçılığa keçidi nəzərdə tutulur.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bərdə Peşə Liseyində keçirilən Aqrar İnnovasiya Festivalının açılış mərasimində çıxışında deyib.
Kənd təsərrüfatının ölkə iqtisadiyyatının əsas strateji sahələrindən biri olduğunu vurğulayan nazir qeyd edib ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik strategiyasının əsasında ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı şəkildə təmin edilməsi durur. Bu strateji məqsəddən irəli gələn vəzifələrin həll edilməsində aqrar innovasiyaların rolu danılmazdır. Bu baxımdan ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi dövlət səviyyəsində dəstəklənir.
Azərbaycanda kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələrin yarandığını söyləyən M.Məmmədov bildirib ki, aqrar sahədə innovasiyaların tətbiqi həm də kənd təsərrüfatının elektronlaşması deməkdir: “Ölkəmizdə aqrar sahə demək olar ki tam elektronlaşıb, kənd təsərrüfatına dövlət dəstəyi prosesində şəffaflığı və hesabatlılığı təmin etməyə imkan verən “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” yaradılıb. Bu sistem bizə aqrar sahədə mövcud trendləri izləməyə və çevik qərarlar qəbul etməyə imkan verir”.
Kənd təsərrüfatı naziri diqqətə çatdırıb ki, Azərbaycanda innovativ texnologiyaların tətbiqi hesabına aqrar sahənin ənənəvi təsərrüfatçılıqdan intensiv təsərrüfatçılığa keçidi nəzərdə tutulur. “Qarşıdakı illər üçün əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bu ərazilərdə kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasına əsaslanacaq”, - deyə o əlavə edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 6 saat əvvəl
-
7 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
7 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)



.jpg)

