Azərbaycan qazının Macarıstana təchizatı ilin sonuna kimi başlayacaq
Energetika naziri Pərviz Şahbazov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüş olub.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əsasda enerji tərəfdaşlığının inkişafından, Enerji üzrə İşçi Qrupu çərçivəsində bütün istiqamətləri əhatə edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Təbii qaz və “yaşıl enerji”nin tədarükü üzrə fikir mübadiləsi aparılıb. “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq Sazişi, “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR” ilə “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə”nin icra vəziyyəti nəzərdən keçirilib.
Macarıstana qaz təchizatının ilin sonuna kimi başlanacağı bildirilib. Azərbaycandan Avropaya qaz tədarükünün artırılması üçün infrastrukturların inkişafı ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı Xəzər dənizində “yaşıl enerji”nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırması və digər zəruri tədbirlərlə bağlı geniş fikir mübadiləsi edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)







.jpg)

