Nazir sərin kabinetindən çıxıb, taxıl sahələrində olub və fermerlər ilə görüşüb - FOTOLAR
Respublikada taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsmayıllı rayonunun İvanovka kəndində taxıl biçininin təşkili prosesi ilə tanış olub.
Bu il İsmayıllı rayonunda 30186 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 22609 hektarı buğda, 7577 hektarı arpa sahələridir. Artıq rayon üzrə arpa sahələrində biçinə start verilib. Biçin prosesində 21 kombayn iştirak edir. Bugünədək 2500 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 7915 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,7 sentnerdir.
2022-2023-cü il payızlıq taxıl əkini mövsümündə İvanovka kəndində 4700 hektar sahədə taxıl əkilib. Artıq sahələrdən məhsul yığımına başlanılıb. Yüksək aqrotexniki qulluq göstərilmiş sahələrdə yüksək məhsuldarlıq əldə olunub.
Nazir Məcnun Məmmədov İvanovka kəndində taxıl biçini prosesini izləyib, yerli fermerlərlə görüşüb, taxıl sahələrində məhsuldarlığın artırılması üçün həyata keçirilməli olan müasir aqrotexniki tədbirlər barədə fikir mübadiləsi aparıb. Fermerlərlə müzakirələrdə əkin materialının düzgün seçimi, növbəli əkin, vegetasiya dövründə alaq otları və zərərvericilərə qarşı mübarizənin təşkili, dəmyə əkinlərdə torpağın nəmliyinin qorunması üsulları və digər mövzulara toxunulub.
Nazir İvanovka kəndində üzüm bağları, günəbaxan sahələri, toxumluq əkinlərlə tanış olub, İsmayıllı Toxum Emalı Zavoduna baş çəkib, Keyvəndi kəndində “Azza Agro” şirkətinin qurduğu müasir heyvandarlıq kompleksi, Qalınçaq kəndində salınmış müasir intensiv və superintensiv mevvə bağları ilə tanış olub. Görüşlərdə bölgələrdə süd məhsullarının emalı müəssisələrinin qurulması, meyvə ixracının müasir standartlara uyğun təşkili, ixrac bazarlarının şaxələndirilməsi, beynəlxalq ixrac sertifikatlarının alınmasının zəruriliyi və digər mövzularda müzakirələr aparılıb.
Nazir Məcnun Məmmədov səfər zamanı həmçinin İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub, kollektivlə görüşüb, fermerlərə xidmətin təşkili ilə maraqlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

















.jpg)




.jpg)


