Azərbaycanla Türkiyə kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi sahəsində əməkdaşlıq edəcək
Ankarada Azərbaycan və Türkiyənin kənd təsərrüfatı nazirləri arasında görüş keçirilibAzərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyədə rəsmi səfərdədir.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, nazir səfər çərçivəsində Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparıblar.
Nazir Məcnun Məmmədov Türkiyə Respublikasının bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq edir. Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqrar sahə ilə bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd edən nazir bu istiqamətdə birgə əməkdaşlığın bundan sonra daha sıx şəkildə davam etdiriləcəyini deyib. İki ölkənin iş adamlarının iştirakı ilə keçirilən aqrar sahə üzrə birgə forumların əhəmiyyətinə toxunan nazir belə tədbirlərin əlaqələri gücləndirdiyini vurğulayıb.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Azərbaycanla kənd təsərrüfatı sahəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atıldığını, işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə etmək istiqamətində birgə fəaliyyətin uğurla davam etdirildiyini deyib. Nazir Türkiyənin kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi istiqamətində böyük təcrübəyə malik olduğunu, bu istiqamətdə təcrübəsini qardaş Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.
Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi, iki ölkə arasında ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının xüsusi payının artırılması, aqrar sığorta, elmi tədqiqat və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Nazirlər bu istiqamətlər mövcud potensialdan maksimum istifadə etmək üçün birgə fəaliyyəti genişləndirmək barədə razılığa gəliblər. Tərəflər, həmçinin Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin Bakıda keçirilmiş son iclasında razılaşdırılmış əməkdaşlıq istiqamətləri üzrə uğurlu fəaliyyətin davam etdirildiyini qeyd edərək, Komitənin Türkiyədə planlaşdırılan 11-ci iclasına hazırlıq işlərini dəyərləndiriblər.
Görüşün sonunda tərəflər “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi məsələləri üzrə əməkdaşlıq haqqında” Niyyət Bəyannaməsi imzalayıblar. Bəyannamədə Türkiyədə həyata keçirilən kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi fəaliyyətlərinin Azərbaycan Respublikasında tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsi aparmaq niyyəti öz əksini tapıb. Bu sahədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.
Nazir Məcnun Məmmədov səfər çərçivəsində Ankarada Ümummilli Liderin 100 illiyi münasibətilə Heydər Əliyev Parkında keçirilən ağacəkmə kampaniyasında iştirak edib.
Səfər davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)
