Ukraynada "qara yara" HƏYƏCANI - Təhlükə Azərbaycana nə qədər yaxındır?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Ukraynanın Sumı vilayətində heyvanlar arasında aşkarlanan "qara yara" xəstəliyinin Azərbaycana keçmə və belə xəstə heyvanların ölkəmizə gətirilə bilmə ehtimallarına aydınlıq gətirib.
DBNX-nin mətbuat katibi Yolçu Xanvəli Ukraynada aşkarlanan xəstəliyin ölkəmiz üçün təhlükəli olmadığını deyib.
O bildirib ki, çünki Azərbaycana yalnız epizootik vəziyyətin sağlam olduğu ərazilərdən diri heyvan və heyvan ətləri gətirilir: "Sumı vilayətindən isə ölkəmizə diri heyvan və heyvan ətləri gətirilmir. Bu məsələ tam nəzarətdə saxlanılır. Heyvanlar gətirilməmişdən əvvəl həmin ölkədə, daha sonra isə Azərbaycanın özündə karantində saxlanılır. Fermerlərə yalnız sağlam heyvan verilir".
Qeyd edək ki, emal müəssisələri Azərbaycana xaricdən iribuynuzlu heyvan ətləri - çamış, inək, donuz ətləri və donuz piyi, quş ətləri gətirirlər. Hazırda iribuynuzlu heyvan ətləri Azərbaycana Ukrayna, Gürcüstan və Rusiyadan, camış ətləri isə daha çox Hindistandan gətirilir.
Xatırladaq ki, Ukraynanın Sumı vilayətində heyvanlar arasında "qara yara" xəstəliyinin aşkarlanması ilə əlaqədar Rusiyanın sərhədlərində əl yükləri ciddi yoxlanılır və həmin yüklərdə aşkarlanan ət məhsullarının Rusiya ərazisinə keçirilməsinə icazə verilmir. İyulun 6-dan 16-a kimi Rusiya sərhəddində əl yükündə aşkarlanmış 41 kq ət məhsulları saxlanılıb.
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















