Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Norm” ASC Azərbaycanda ən yaxşı idarə olunan şirkətlərdən biri seçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Norm” ASC Azərbaycanda ən yaxşı idarə olunan şirkətlərdən biri seçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Norm” ASC “Best Managed Companies Azerbaijan” layihəsinin 2023-cü il üzrə qaliblərindən biri olub. 

Bu barədə Marja-ya “Norm” ASC-dən bildirilib.

Layihə Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı, Paşa Bank, Azərbaycan Dövlət İqtisad Universiteti, Sahibkarlığın İnkişafı Fondu, AMCHAM Azerbaijan, İctimai Televiziyanın dəstəyi ilə həyata keçirilib. 

Layihədə 20-yə yaxın yerli şirkət iştirak edib. Müstəqil hakim heyəti tərəfindən builki qalib şirkətlər müəyyən edilib və mükafatı “Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasseyə bp-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təqdim edib.

Layihə çərçivəsində şirkətlərin qiymətləndirilməsi 4 əsas meyar -  strategiya, təşkilatın imkanları və innovasiyalar, korporativ idarəetmə və maliyyənin idarə edilməsi, korporativ mədəniyyət və məsuliyyət üzrə aparılır. 

Qeyd edək ki, “Norm” ASC sənaye sektorunda davamlı inkişafa can atan, güclü korporativ idarəetməni dəstəkləyən, şirkət mədəniyyətini daim inkişaf etdirən və sosial məsuliyyəti yerinə yetirən şirkətlər arasında qabaqcıl mövqedə yer alır. Şirkət müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupu - NEQSOL Holding-in tərkibinə daxildir.  

“Best Managed Companies” müsabiqəsi Deloitte tərəfindən Azərbaycanla yanaşı, dünyanın 35-dən çox müxtəlif ölkəsində təşkil olunur. 

Norm Best Managed Companies Azerbaijan Henning Sassey
19.06.2023 10:26

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18