Qutab satıb ata himayəsindən məhrum uşaqların təhsilinə dəstək olurlar - "Cığır"dan növbəti töhfə
"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı və Suraxanı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Suraxanı rayon, Əmircan qəsəbəsi Heydər Əliyev parkında "Heydər Əliyev və mənəvi dəyərlər" mövzusunda sosial bazar istiqamətində başlanan "Qutabdan Kitaba" adlı sosial sahibkarlıq layihəsi keçirilib.
Birliyin yaydığı məlumatda bildirilir ki, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sosial bazarda həssas qrup nümayəndəsi tənha analar özlərinin və digər ata himayəsindən məhrum övladların təhsilinə dəstək olmaq üçün bir araya yığılır, milli mətbəximizin əvəzolunmaz təamı, növbənöv qutablardan bişirərək əhali arasında satışını təşkil edirlər.
Əhali arasında böyük maraq və sevgi ilə qarşılanan sosial bazar layihəsinin iştirakçıları həm dadlı qutablardan nuş edərək ata himayəsindən məhrum, bölgələrdə yaşayan abituriyentlərin təhsil xərclərinə dəstək vermiş olur, həm də mənəvi dəyərlərimizin təbliği istiqamətində könüllülər tərəfindən maariflənir və bilavasitə layihənin iştirakçısı olurlar. Sosial bazarda həmçinin ictimai birliyin sosial sahibkarlıq layihələrinin məhsullarının, ikinci əl kitabların sərgi-satışı, uşaqlar üçün boyama master-klası də təşkil olunur.
Sosial bazarda Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov və İcra Hakimiyyəti nümayəndələri iştirak edərək ölkəmizdə sosial sahibkarlığın təbliğinə dəstək göstərən bu layihənin fəaliyyəti ilə daha yaxından tanış olublar.
İctimai birliyin sədri Yeganə Mirzəyeva Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova Suraxanı rayonu ərazisində sosial sahibkarlığın təbliğinə xidmət edən Sosial Bazarın təşkilinə göstərdiyi dəstək üçün "Qutabdan kitaba" sosial sahibkarlıq layihəsinin aktiv iştirakçıları olan həssas qrup nümayəndəsi tənha analar və gənclər adından təşəkkürnamə təqdim edib.
Yeganə Mirzəyeva bildirib ki, Suraxanı rayon İcra Hakimiyyəti "Qutabdan kitaba" sosial sahibkarlıq layihəsinin icrasına yüksək etimad və diqqət göstərərək bölgə ərazisində yerləşən çoxsaylı təlim-tədris müəssisələrinin müəllim və şagird kollektivini layihəyə dəvət etmiş, layihənin geniş miqyasda keçirilməsinə xüsusi təşəbbüs göstərmişdir:
"Biz Suraxanı rayon İcra Hakimiyyətinin ümumilli liderimiz Heydər Əliyevin dönə-dönə vurğuladığı mənəvi dəyərlərin təbliği yönündə cəmiyyətə töhfə vermək istiqamətində çalışaraq sosial sahibkarlıq layihəmizə böyük dəstək olduğunun şahidi olduq".
Qeyd edilib ki, bu dəfə keçirilən sosial bazar özünü rekord nəticəsini göstərib. Belə ki, həssas qrup nümayəndəsi xanımlar ilk dəfə 50 kq unun xəmirini yoğurub, layihədə maksimal qutab satışı həyata keçiriblər.
Birlik geniş miqyasda təşkil edilən "Qutabdan kitaba" sosial sahibkarlıq layihəsində coşqularına qoşulan, öz gəlişləri, iştirakları ilə layihəyə rəng və dəyər qatan xeyirsevər Suraxanı əhalisinə dərin minnətdarlığını bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Dekabrın 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
















.jpg)








.jpg)




