Peşə təhsili müəssisələrində dövlət sifariş əsasında təhsilalanların xərclərinə 1,75 artım əmsalı tətbiq ediləcək
Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları müəyyənləşib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi məsələlərini tənzimləyir.
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi dövlət sifarişi əsasında həyata keçirilir. Peşə təhsili müəssisələrinin maliyyələşdirilməsinin dövlət sifarişi əsasında həyata keçirilməsi, texniki peşə təhsili və yüksək texniki peşə təhsili səviyyələrini əhatə edir. Tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün peşə təhsili müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər. Dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.
Peşə təhsili müəssisələrində 2023- 2026-cı illərdə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına bu Qaydalara uyğun olaraq artım əmsalı tətbiq edilir. Yəni müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik olan peşə təhsili müəssisələrində dövlət sifarişi əsasında hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına 1,75 artım əmsalı tətbiq edilir.
Hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə kadr hazırlığını həyata keçirəcək peşə təhsili müəssisələrinin siyahısı və təhsilalanların sayı, eləcə də hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək təhsilalanların sayı Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















