Maliyyə Nazirliyində böyük təəccüb - "Xəsislik nümayiş etdirilib"
Maliyyə Nazirliyi "Standard ənd Purz"un Azərbaycan üzrə reytinq xəsisliyini təəccüblə qarşılayır
Marja xəbər verir ki. bu, Azərbaycan Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilbi ki, “Standard ənd Purz” (Standard and Poor’s) beynəlxalq kredit reytinq agentliyi Azərbaycan üzrə nəşr etdiyi hesabatda (09 iyun 2023-cü il) ölkənin kredit reytinqinin müəyyən edilməsi zamanı bir sıra müsbət nailiyyətlərin əldə olunduğunu qeyd etmişdir. Bu nailiyyətlərdən biri kimi neft hasilatının qismən azalmasına baxmayaraq, növbəti illər ərzində neft-qaz qiymətlərinin Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsini dəstəkləyəcəyi göstərilmişdir.
Bununla yanaşı, hesabatda Azərbaycan Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının artdığı, habelə eyni suveren reytinqə malik olan ölkələrlə müqayisədə ölkəmizin aşağı səviyyədə olan xarici dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ortamüddətli perspektivdə daha da azalacağı göstərilməklə, Azərbaycanın yüksək xarici valyuta ehtiyat mövqeyinin suveren reytinq üçün əsas dəstəkçi olduğu qeyd edilmişdir.
Reytinq agentliyinin hesabatında həmçinin, Azərbaycanın qeyri-neft sektorunun 2022-ci ildə 9% artdığı və bu artımın növbəti illərdə də davam edəcəyi bildirilmişdir. Qeyd edilənlərlə yanaşı, hesabatda Azərbaycanla Ermənistan arasında olan uzunmüddətli münaqişənin 2020-ci ildə başa çataraq ölkəmizin səyləri nəticəsində tərəflərin sülh müqaviləsinin bağlanmasına yaxınlaşması müsbət hal kimi vurğulanır.
Bu fonda Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Standard ənd Purz” agentliyinin dərc etdiyi hesabatda ölkənin reytinqi üzrə proqnoz göstəricinin belə “sabit”dən “müsbət”ə dəyişdirilməməsini böyük təəccüblə qarşılayır və Agentlik tərəfindən ölkəmizin reytinqlərinə xəsislik nümayiş etdirildiyi fikrindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)








.jpg)







