Azərbaycanda neft hasilatı 8,4 faiz azalıb, qaz hasilatı 2,9 faiz artıb
Yanvar-may aylarında sənaye istehsalı haqqındaSənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-may aylarında 29,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artmışdır.
Sənaye məhsulunun 70,4 faizi mədənçıxarma sektorunda, 24,4 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 2,9 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 86,4 faiz, poliqrafiya məhsullarının istehsalı 50,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,9 faiz, kağız və karton istehsalı 40,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,9 faiz, içkilərin istehsalı 27,4 faiz, neft məhsullarının istehsalı 25,4 faiz, tikinti materiallarının istehsalı 18,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5 faiz, qida məhsullarının istehsalı 13,3 faiz, hazır metal məmulatlarının istehsalı 9,7 faiz, maşın və avadanlıqların istehsalı 9,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,9 faiz, tütün məmulatlarının istehsalı 8,4 faiz, mebel istehsalı 4,4 faiz, elektrik avadanlıqlarının istehsalı 2,4 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,4 faiz, əczaçılıq məhsullarının istehsalı 16,4 faiz, sair sənaye məhsullarının istehsalı 18,7 faiz, geyim istehsalı 28,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 30,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 37,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 40,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,5 faiz artmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
- 26 d. əvvəl
- 29 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti




















