Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyə şirkəti Bakıda Azərbaycan Ordusu üçün məhsullar istehsal edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə şirkəti Bakıda Azərbaycan Ordusu üçün məhsullar istehsal edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İzmirdə fəaliyyət göstərən “Akıncılar Taktik Tekstil” şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu arasında investisiya və əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, imzalanmış protokol çərçivəsində Bakıda müştərək istehsal müəssisəsi və sınaq laboratoriyası yaradılacaq.

Yerli və milli imkanlarla İzmirdə ballistik jiletlər, ballistik dəbilqələr, gülləkeçirməz geyilə bilən texnologiyalar, hərbi hücum jiletləri, xüsusi əməliyyat geyimləri istehsal edən şirkət, Bakıda qurulacaq fabrikdə innovativ tekstil işlərinin bir qismini həyata keçirəcək.

Ortaq istehsal müəssisəsində istehsal olunacaq gülləkeçirməz polad jiletlər, dəbilqələr və hərbi materialların digər ölkələrə satılması hədəflənir.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq gülləkeçirməyən hərbi avadanlıq istehsal olunacaq.

© APA

Akıncılar Taktik Tekstil
12.06.2023 18:21

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18