“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının iclası keçirilib

İyunun 10-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və Müşahidə Şurasının, eləcə də ASCO-nun İdarə heyətinin üzvlərinin iştirak etdiyi iclasda gündəliyə uyğun olaraq Cəmiyyətin 2022-ci il üzrə audit olunmuş, konsolidə edilmiş maliyyə hesabatları təqdim olunub, geniş müzakirələrdən sonra hesabat Müşahidə Şurası tərəfindən yekdilliklə qəbul olunub.
İclasda həmçinin, Cəmiyyətin 2022-ci il üzrə büdcəsinin icrası və idarəetmə hesabatı Müşahidə Şurası tərəfindən bəyənilərək qəbul olunub, Cəmiyyətin qiymət siyasəti, 2023-cü il üzrə Strateji tədbirlər planı təsdiq edilib.
İclasda ASCO-nun cari fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
27 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 30 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
