Türkiyə Mərkəzi Bankına yeni sədr təyin edildi - İLK QADIN SƏDR
Hafize Gaye Erkan Türkiyə Mərkəzi Bankının iyunun 22-də keçiriləcək iclasına sədrlik edəcək. Beləliklə, "uçot dərəcəsi aşağı düşəcək, eyni qalacaq, yoxsa artacaq?" Bu, ən çox verilən sualdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Hafize Gaye Erkan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri təyin edilib. Beləliklə, Hafize Gaye Erkan TCMB-nin ilk qadın sədri olub.
Marja xəbər verir ki, bu barədə Sərəncam "Rəsmi Qəzet"də dərc edilib.
Mehmet Şimşəkin (yeni maliyyə naziri) 5 illik fasilədən sonra yenidən Türkiyədə iqtisadiyyat idarəçiliyinə keçməsilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına gözlənilən təyinat reallaşıb.
ABŞ-da "Möhtəşəm Türk Qızı" kimi tanınan Hafize Qaye Erkanın ilk imtahanı iyunun 22-də olacaq. İyunun 22-də Mərkəzi abnkın Pul Siyasəti Komitəsinin iclasında 8,5% olan siyasət faizinin eyni qalıb-qalmayacağı bazarda ən böyük sualdır.
Hafize Gaye Erkan kimdir?
1982-ci ildə İstanbulda anadan olmuş Erkan İstanbulda liseyi bitirdikdən sonra 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib. Təhsilini ABŞ-da davam etdirən Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını da bitirmişdir.
Karyerasına 2005-ci ildə Goldman Sachs-da başlayan Erkan "First Republic Bank"da və " Tiffany & Co" da yüksək vəzifələrdə çalışıb.
Hafize Gaye Erkan ABŞ-dakı uğurlu iş həyatına görə "Möhtəşəm Türk Qızı" kimi tanınıb. San Francisco Business Times-ın 2018-ci ildə apardığı araşdırmaya görə, Amerikanın 100 ən böyük bankında prezident və ya Baş direktor titulu daşıyan 40 yaşdan kiçik yeganə qadın seçilib, Kreyn New York Business-in "Yaşı 40-dan aşağı olan 40 nəfər" siyahısına daxil olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
30 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
39 d. əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
55 d. əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
2 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
Ən çox oxunanlar

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
