Lirənin ucuzlaşması Azərbaycanda Türk mallarının qiymətlərinə necə təsir edəcək?
Lirənin ucuzlaşması Azərbaycana ixrac olunan türk məhsullarının qiymətinə necə təsir edəcək?Türkiyənin milli valyutası ABŞ dolları qarşısında dəyər itirməyə davam edir. 2022-ci ilə qədər müəyyən artım və azalma ilə müşahidə edilən lirənin dollara nisbətdə səviyyəsi 2021-ci ilin dekabr ayında 18 lirədan 11 lirəyə endi. 2022-ci ili 13 lirədən başlayan milli valyuta həmin ilin mayınadək daha 12,3 % ucuzlaşıb. Daha sonra il ərzində valyuta ehtiyatlarından istifadə olunaraq məzənnə uzun müddət 18-19 lirə aralığında sabitləşdi. 2023-cü ildə isə lirə dollar qarşısında təkrar dəyər itirməyə başladı. Mayın 28-dən bugünədək lirə dollara nisbətdə təxminən 16 % dəyər itirdi və hazırda USD/TL məzənnəsi 23 lirə səviyyəsində müəyyən olunub. Lirənin dəyər itirməsi, Türkiyədə kəskin qiymət artımına gətirib çıxarıb.
Bəs Türkiyədə lirənin ucuzlaşması həmin ölkənin istehsal etdiyi məhsulların Azərbaycana ixrac qiymətlərinə təsir edirmi?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Türkiyədə lirənin ucuzlaşması ixrac olunan məhsulların qiymətinə təsir göstərir:
"Belə ki, şirkət məhsulu istehsal edib anbarlara təhvil verəndən sonra alıcı onu yeni məzənnə ilə aldığı üçün ucuz başa gəlir. Lakin bu davamlı ucuzlaşma deyil. Anbarlarda məhsullar yeniləndikcə qiymətlər yeni məzənnəyə uyğun olaraq dəyişir. Bir sözlə lirənin məzənnəsi ucuzlaşan zaman məhsulların alışında müvəqqəti ucuzlaşma baş verir".
Milli Məclisin deputatı Vüqar Bayramov isə qeyd edib ki, Türkiyədə valyuta sabitliyinə nail olmaq zaman alacaq: "Hazırda lirənin dollara nisbətən ucuzlaşması digər valyutalara nisbətdə də təsir göstərir: “Cari ilin 4 ayının yekunlarına əsasən Türkiyədə inflyasiya səviyyəsi 45 %-dən çoxdur. İnflyasiyaya qarşı sərt tədbirlər görülərsə o zaman uzunmüddətli qiymət azalması və optimallaşması baş verər. Ona görə də indiki halda lirənin ucuzlaşması Azərbaycanın istehlak bazarına ciddi və davamlı təsir etmir”.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Türkiyədən 1 milyard 844 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Bu, 2020-ci illə müqayisədə 18 %-ə yaxın artım deməkdir. Ötən il isə Türkiyədən Azərbaycana 2 milyard 297 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2021-ci illə müqayisədə 24,6 % çoxdur. Həmçinin cari ilin yanvar-aprel aylarında Azərbaycan qardaş ölkədən 10,3 % artımla 758 milyon 190 min ABŞ dolları dəyərində məhsul idxal edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
9 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
















.jpg)



.jpg)

