Apple-dan inqilabi məhsul - 2014-DƏN BƏRİ BİR İLK, QİYMƏT
ABŞ-ın texnologiya şirkəti Apple, 2014-cü ildən bəri ilk yeni əsas məhsul seriyası olan "Vision Pro" başlığını təqdim edib. Apple-ın baş direktoru Tim Kuk bildirib ki, yeni qulaqlıq “real dünya ilə virtual dünyanı mükəmməl birləşdirir”.Apple öz yeni texnologiyalarını, o cümlədən iOS 17 əməliyyat sistemini, 15 düymlük MacBook Air, M2 Ultra çipi və yenilikləri illik developer tədbiri WWDC-də təqdim edib.
Marja xəbər verir ki, tədbirdə, Şirkətin 2014-cü ildən bəri elan etdiyi ilk yeni əsas məhsul seriyası "Vision Pro" başlığı da təqdim edilib. Məhsulun gələn ilin əvvəlində ABŞ-da "apple.com" və Apple Store mağazalarında 3499 dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı bildirilib.
Apple şirkətinin Vision Pro ilə bağlı verdiyi açıqlamada məhsulun şirkətin ilk optik məkan kompüteri (spatial computing) olduğu qeyd edilib.
"Vision Pro" istifadəçilərə rəqəmsal məzmunu fiziki dünya ilə əlaqələndirir, başqaları ilə əlaqə saxlamağa imkan verir. Məhsul "inqilabi" olaraq xarekterizə olunub.
Apple-ın baş direktoru Tim Kuk bildirib ki, yeni qulaqlıq “real dünya ilə virtual dünyanı mükəmməl birləşdirir”.
Açıqlamada, "Vision Pro"nun istifadəçinin gözləri, əlləri və səsi ilə idarə olunan interfeys təqdim etdiyi və məhsulun ultra yüksək performansa sahib olduğu bildirilib.
Cihaz Apple-ın ilk məkan əməliyyat sistemi visionOS ilə çalışır.
Facebook, Instagram və WhatsApp-ın sahibi Meta ötən həftə yeni virtual reallıq eynəkləri Quest3-ü də təqdim edib. Məhsulun qiyməti 499 dollar olaraq açıqlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 24 d. əvvəl
-
-
25 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
36 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)








.jpg)








