“Azercell Telekom”un tərəfdaşları ilə həyata keçirdiyi “Uşaq Hüquqlarının Qorunması Həftəsi” baş tutub
Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi(®) “Azercell Telekom” MMC Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıqda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlər həyata keçirdi.
Bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş müxtəlif fəaliyyətlərdən ibarət proqram həssas qrupa aid uşaqları (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) əhatə etdi.
Layihə çərçivəsində Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayan uşaqlarla görüş keçirildi, tanınmış simalar öz uğur-motivasiya hekayələrini bölüşdülər. Həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar baş tutdu.
Həftəlik uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanalları və AUQX xidməti barədə maarifləndirici aksiya, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans ilə başa çatdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
22 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
29 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 30 d. əvvəl
-
47 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 55 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























