Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib
Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib. Mastercard-ın Azərbaycan üzrə nümayəndəliyinə rəhbərlik etmiş Emil Zeynalov rəsmi olaraq Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri kimi yeni vəzifəsinin icrasına başlayacaq.
Bu barədə Mastercard məlumat yayıb.
Qeyd edilib ki, Emil Zeynalov 6 ildən artıqdır ki, Mastercard-la birlikdədir və Azərbaycanda biznesin inkişafı və əlaqələrin idarə olunmasında müstəsna rola sahibdir. Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirib: "Uğurumuzda Emil Zeynalovun töhfələri əvəzolunmazdır. Onun bazarı dərindən anlaması və güclü liderlik bacarıqları böyüməmizə təkan verməklə yanaşı Azərbaycanda mövcudluğumuzu gücləndirməkdə də mühüm rol oynayıb. Onu yeni Mastercard Azərbaycan üzrə Ölkə Meneceri vəzifəsində görməyə çox şadıq və onunla komandamızın daha böyük nailiyyətlərə imza atacağından tam əminik”.
"Mastercard daima bazarda strateji liderliyə və davamlı inkişafa sadiqliyini nümayiş etdirir. Ümid edirəm ki, bu sahədə olan təcrübəm və biliklərim mənə Azərbaycanda innovasiyaların idarə edilməsi, güclü tərəfdaşlıq münasibətlərinin inkişafı və müstəsna ödəniş həllərinin tətbiqində şirkətin səylərinə rəhbərlik etməyə kömək edəcək”, - deyə öz növbəsində Emil Zeynalov qeyd edib.
Emil Zeynalov öz karyerasına Rusiyada fəaliyyət göstərən Credit Europe Bankında başlayıb. Daha sonra o, Azərbaycanda yerli kommersiya banklarında müxtəlif vəzifələrdə çalışıb.
O, 2016-cı ildən etibarən Azərbaycanda Mastercard-ın nümayəndəsi kimi fəaliyyət göstərib.
Masterсard ödəniş sənayesi sahəsində fəaliyyət göstərən qlobal birtexnologiyaşirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
21 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 29 d. əvvəl
- 33 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)



