Mərkəzi Bankın sədrindən "İcbari avtosığorta hovuzu" açıqlaması
Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı "daxıl" sisteminə keçid yaxın gələcəkdə gözlənilmir.
Məlumata görə, bunu ötən gün bir qrup sığorta agenti ilə keçirdiyi görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Mərkəzi Bank sədri qeyd edib ki, bu ilin mart ayının sonundan ona avtomobillərin icbari sığortası üzrə sığorta hovuzunun yaradılması ilə bağlı təkliflər olunub. O isə bazarın vəziyyətini analiz edərək təklifi qəbul etməyib.
Taleh Kazımov həmçinin, sığorta bazarının gələcək fəaliyyətini agentlərsiz təsəvvür etmədiyini, bununla belə agentlərin fəaliyyətində yaranan nöqsanların da aradan qaldırılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, “daxıl” sistemi, yəni sığorta hovuzu tətbiq edildiyi təqdirdə sığorta şirkətləri agent rolunda çıxış etməyə başlayacaqdılar. Bu sistemlə sığotaçılar topladıqları sığorta haqlarını “daxıl”a köçürür və “daxıl”dan sığorta şirkətlərinə satışın həyata keçirilməsinə görə komisyon haqlar ödənilir. Yəni, sığorta şirkətinin funksiyasını “daxıl”, agentin funksiyasını isə sığorta şirkəti həyata keçirilir. Bu halda zərərlərin qiymətləndirilməsi və ödənilməsidə daxıl tərəfindən aparılaraq sığortalıların hüquqların və maraqlarının qorunur. Belə olan halda isə sahə üzrə faəliyyət göstərən sığorta agentləri sıradan çıxarılır.
Bu sistem keçmiş requlyator Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti dövründə, eyni zamanda dövrü olaraq avtomobillərin icbari sığortasında problemlər yarandığı zaman gündəmə gəlir. Sonuncu dəfə isə bu ilin mart ayında İcbari Sığorta Bürosunun nəzdində belə bir sığorta hovuzun yaradılacağı ilə bağlı sığorta bazarında məlumatlar yayılmışdı. Zərərliliyin artmasını və elektron sistemə keçidi əsas gətirən sığorta şirkətləri bu il aprel ayının 1-dən avtomobillərin icbari sığortası ilə üzrə sığorta agentləri ilə əməkdaşlıqdan imtina ilə bağlı onlara rəsmi məktub göndərmişdilər. Bu isə sığorta hovuzunun yaradılmasını daha da aktuallaşdırmışdı. Ekspertlərin fikrincə, İcbari Sığorta Bürosu və iri sığorta şirkətləri belə bir hovuzun yaradılmasında maraqlı idi. Amma sığorta agentlərinin məsələ ilə bağlı Mərkəzi Banka və digər aidiyyatı qurumlara müraciət etməsi, o cümlədən kiçik sığorta şirkətlərinin etirazları sığorta hovuzunun yaradılması planını arxa plana keçirdi.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)











.jpg)
