İşğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək layihələrdə İslam İnkişaf Bankı maraqlıdır
Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 48-ci İllik Toplantısı keçirilib. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, illik toplantı zamanı üzv ölkələrdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində birgə əməkdaşlıq imkanlarının araşdırılması, insan kapitalının inkişafı, dayanıqlı, yaşıl və davamlı infrastrukturun qurulması kimi aktual məsələlər müzakirə edilib.
Tədbir çərçivəsində İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İİB-in prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşündə ölkəmizdə Bankla əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb, İİB-lə tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərini bildirib.
Məhəmməd Süleyman Əl-Casir Azərbaycanın Bankın fəaliyyətinə böyük töhfə verdiyini, əməkdaşlığımızın uğurlu tarixə malik olduğunu bildirib. Bankın prezidenti həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi, xüsusilə ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək layihələrdə Bankın maraqlı olduğunu bildirib.
Toplantı çərçivəsində həmçinin, İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (İTFC) rəhbəri və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş direktoru vəzifələrini icra edən Hani Salem Sonbol ilə görüş keçirilib. Tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı istiqamətində İTFC ilə əməkdaşlıq, eləcə də Azərbaycanın ixrac potensialının gücləndirilməsində və islam maliyyəsinin tətbiqində Korporasiyanın rolunu müzakirə edib, bu istiqamətdə həyata keçiriləcək növbəti birgə addımları nəzərdən keçiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı



















.jpg)

.jpg)


