"Ucuz neft səbəbindən yayadak dollar 80 rubladək bahalaşacaq"
"Rublun hazırkı məzənnəsi büdcə və iqtisadiyyat üçün rahatdır".
Marja xəbər verir ki, bunu "BitRiver"in maliyyə analitiki Vladislav Antonov bildirib.
Onun sözlərinə görə, mənfi amillərin təsiri altında yayın əvvəlinə qədər 1 dollar üçün 80 rubl ətrafında "sakitləşəcək".
"İndi dollar 70-80 rubl diapazonunda ticarət olunur ki, bu da Rusiya Mərkəzi Bankı tərəfindən büdcə və iqtisadiyyat üçün rahat zona kimi müəyyən edilir. Rusiya valyutasının bir qədər də bahalaşa və 1 dollar 73 rubla düşə bilər”, - analitik proqnozlaşdırır.
"Bununla belə, Rusiya valyutası üçün xarici fon mənfi olaraq qalır. Büdcə kəsiri ilə yanaşı, neftin aşağı qiyməti də ciddi problemdir. Ticarət kəsirinin 3,424 trilyon rubla qədər artması və Urals neftinin bir barelinin qiymətinin 53 dollara düşməsi nəzərə alınmaqla, yay başlamazdan əvvəl dollar üçün rahat səviyyə təxminən 80 rubl, avro üçün 84-89 rubl təşkil edə bilər". Antonov yekunlaşdırıb.
Qeyd edək ki, hazırda dollar 76 rubl səviyyələrindədir.
"Neft 70 dollardan ucuz olarsa, rublun bahalaşması dayanacaq"
"BCS World of Investments"ın investisiya strateqi Alexander Baxtin isə bildirib ki, Rublun hazırkı möhkəmlənməsi idxalın bərpası və neftin qiymətinə endirimin azalması ilə bağlıdır. Lakin yayda bir neçə səbəbə görə Rubl ucuzlaşa bilər.
Onun sözlərinə görə, səbəblər arasında neftin qiymətinin 70 dollardan aşağı düşməsi, ümumi bazar konyukturasının pisləşməsi, geosiyasətdə genişmiqyaslı kəskinləşmələr, həmçinin bayram mövsümü ərəfəsində xarici valyutaya fiziki tələbatın artması daxildir.
Baxtin xatırladıb ki, bayramlardan sonra rubl əsas valyutalar qarşısında aktiv şəkildə möhkəmlənməyə davam edib. Dollar 76 rubl, avro 83 rubl, yuan isə 11 səviyyəsinə düşüb.
Cari hesabın sabitləşməsi rublun mövqeyini yaxşılaşdırmağa kömək edib - idxalçılar tərəfindən xarici valyutaya tələb artıq bu ilin əvvəli ilə eyni sürətlə artmır.
“Eyni zamanda, xaricə satılan xammala geosiyasi endirimlər azalır ki, bu da dünya qiymətlərinin dinamikasından asılı olmayaraq daxil olan valyutanın həcmini artırır”, - o vurğulayıb.
Baxtinin sözlərinə görə, iyun ayına qədər dollar bir müddət 74-75 rubl aralığında ticarət oluna bilər, avronun 81-82-yə qədər geriləməsi, yuanın 11 rubl səviyyəsindən aşağı möhkəmlənməsi ehtimalı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)






