“PAŞA Bank” fərdi sahibkarlar üçün yeni rəqəmsal biznes kartını təqdim edib
Cəmi 1 iş gününə əldə etmək mümkündür. 5 il istifadə müddəti var.(®) Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank”, fərdi sahibkarlar üçün yeni rəqəmsal biznes kartını təqdim edib.
Belə ki, özündə ənənəvi korporativ kartın funksiyalarını əks etdirən kartı tamamilə ödənişsiz və cəmi 1 iş gününə əldə etmək mümkündür.
5 il müddətinə təqdim olunan rəqəmsal biznes kartını müştərilər onlayn bankda və “PAŞA Biznes” mobil tətbiqində rahatlıqla istifadə edə bilərlər. Həmçinin “PAŞA Biznes” tətbiqində kartın PİN-kodunu asanlıqla təyin etmək olar.
Əlavə olaraq, rəqəmsal biznes kartını “Apple Pay” və ya “Google Pay” elektron pul qabına əlavə edərək müştərilər sürətli biznes ödənişlərindən yararlana bilərlər.
Qeyd edək ki, yaxın zamanda “PAŞA Biznes” mobil tətbiqində rəqəmsal biznes kartından digər kartlara köçürmələr də mümkün olacaq. Rəqəmsal biznes kartını istənilən zaman, tamamilə ödənişsiz və onlayn sifariş etmək mümkündür.
Ətraflı məlumat üçün: https://pshb.az/reqemsalbizneskart
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
-
- 32 d. əvvəl
- 38 d. əvvəl
- 47 d. əvvəl
-
58 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)




.jpg)






