İqtisadiyyat nazirinin birinci müavini ABŞ-ın onlayn təhsil platforması “Coursera” şirkətinin nümayəndələri ilə görüşüb
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Dünya İqtisadi Forumu 2023”ün İnkişaf Sammitində iştirak edib
Dünya İqtisadi Forumu 2023-ün İnkişaf Sammitində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanda milli prioritetlər barədə ətraflı məlumat verib, Dünya İqtisadi Forumunun icraçı direktorları ilə görüşlər keçirib, yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
İsveçrənin Cenevrə şəhərində Dünya İqtisadi Forumu 2023-ün İnkişaf Sammiti keçirilib.
Müxtəlif ölkələrin rəsmilərinin, dünya biznesinin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbir çərçivəsində qlobal iqtisadi əməkdaşlıq, dayanıqlı və inklüziv iqtisadi siyasət, Dördüncü Sənaye İnqilabı texnologiyalarının məşğulluq sahəsi üçün yaratdığı çağırış və fürsətlər və s. mövzulara dair 51 sessiya keçirilib, Dünya İqtisadi Forumunun “İş Yerlərinin Gələcəyi 2023” hesabatı təqdim edilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “İş yerlərinin gələcəyi”, “Bölünmə şəraitində inkişafın təşviqi”, “Yeni iqtisadiyyat və cəmiyyət” sessiyalarında, habelə Forumun “Qlobal Bərabərlik Konsorsiumu”nun sessiyasında iştirak edib.
İştirakçılara “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə İqtisadi İnkişaf Strategiyası”, həmçinin, əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin fəaliyyəti, rəqəmsal iqtisadiyyat sahəsində görülən işlər və s. tədbirlər barədə ətraflı məlumat verilib. Sammitin sessiyalarında dünya iqtisadiyyatında yeni trendlər və yanaşmalar, sosial rifahın yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər və digər məsələlər barədə müzakirələr aparılıb.
Sammit çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun icraçı direktorları Mirek Duşek və Saadiya Zahidi, eləcə də ABŞ-ın onlayn təhsil platforması “Coursera” şirkətinin nümayəndələri ilə görüşlər keçirib, əməkdaşlığın yeni mümkün istiqamətləri barədə fikir mübadiləsi aparılıb. “Coursera” şirkəti ilə keçirilən görüşdə Dördüncü Sənaye İnqilabı sahəsində əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 9 d. əvvəl
- 29 d. əvvəl
- 38 d. əvvəl
-
56 d. əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB İnvest “İlin investisiya şirkəti” seçildi











.jpg)




.jpg)



