Azərbaycanlıların yaratdığı startap Sinqapurun dəniz nəqliyyatındakı tıxacı 20 % azalda bilər
Azərbaycanlıların yaratdığı dəniz texnologiyaları startapı “MagicPort” (www.magicport.ai) Sinqapurda ekoloji layihənin əsas tərəfdaşlarından biri seçilib.
Bu barədə məlumat startapın yaradıcısı və Baş İcraçı Direktoru (CEO) Əli Qara təsdiq edib.
Onun sözlərinə görə, Sinqapurda yaradılan dənizkənarı ekosistemin dayanıqlılığını artırmaq üçün qurulmuş təşəbbüsə “MagicPort”la yanaşı 11 aparıcı gəmiçilik və texnologiya şirkəti də qoşulub. Bununla bağlı bir neçə gün bundan əvvəl Sinqapur Dəniz Həftəsi çərçivəsində rəsmi tədbir keçirilib. Tədbirə Sinqapurun maliyyə və nəqliyyat naziri Çi Honq Tat da qatılıb.
Təşəbbüs, gəmilərin elektrikləşdirməsi və loqistika əməliyyatlarının optimallaşdırılması vasitəsilə dekarbonizasiyanı sürətləndirməyi hədəfləyir; bu məqsədlə oxşar düşüncəli sənaye oyunçularını birləşdirir, Sinqapur sahili boyunca Malakka Boğazından keçən çox sayda böyük gəmilərə xidmət edən kiçik gəmilər, qayıqlar və əlaqəli infrastrukturun elektrikləşdirilməsini hədəfləyir. Bu təşəbbüs çərçivəsində sifariş verilən sıfır emissiyalı elektrik gəmiləri dünya miqyasında indiyə qədər sifariş edilən ilk və ən böyük elektrik gəmilərindən olacaq.
“MagicPort” digər iştirakçılarla birlikdə çalışaraq müxtəlif loqistika oyunçularını birləşdirən, planlaşdırma və cədvəlləşdirmə həlləri ilə əməliyyat optimallaşdırmasına imkan yaradan rəqəmsal əməkdaşlıq platforması qurur. Bu cür rəqəmsal platforma sayəsində əldə olunan optimallaşdırma daha böyük elektrik gəmilərinin iqtisadi səmərəli istifadəsinə imkan verəcək. Bu cür rəqəmsal həllər Sinqapur sularındakı dəniz nəqliyyatındakı tıxacı 20% azalda bilər.
“Liman ekosistemində bütün iştirakçılar üçün görünurlüyü artıran və əməliyyatları təkmilləşdirməyi hədəfləyən bir əməkdaşlıq platformu yaradırıq. Sinqapurda sahil ekosistemini elektronlaşdırmaq və karbonsuz hala gətirmək üçün bu böyük təşəbbüsdə eyni fikirli böyük oyunçularla tərəfdaşlıqdan həyəcan duyuruq. Ümid edirik ki, bunu gələcəkdə nümunəvi bir layihə kimi, öz ölkəmiz Azərbaycanda və Türkiyədə, xüsusilə də çox gəminin keçdiyi Istanbul Boğazında da təkrarlaya bilərik”, - deyə Ə.Qara qeyd edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
-
33 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"






















