"Azərbaycanda iqtisadi artımın yavaşlaması Mərkəzi Bankın faiz artırması ilə bağlı deyil"
Taleh Kazımov: Mərkəzi Bank tərəfindən faizlərin artırılması istiqamətində qəbul edilmiş qərarlar bankların kredit portfelinin artım tempinin bir qədər aşağı düşməsinə səbəb olub.Dövlət Statistik Komitəsinin məlumatına görə, bu il Azərbaycanda iqtisadi artım zəifləyib. 2023-cü ilin yanvar-mart dövründə ümumi daxili məhsul (ÜDM) 0,4% artıb. Cari ilin yanvar-fevral dövründə də ÜDM-in artımı 0,4% təşkil etmişdi. Azərbaycan Mərkəzi Bankı son bir ildə faizlərini bir neçə dəfə artırıb. Bu gün də Mərkəzi Bank uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 9%-ə çatdırıb.
Mərkəzi Bankda keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov Marja-nın sualına cavab olaraq bildirib ki, bugün ölkədə iqtisadi artımın tempinin aşağı düşməsi Mərkəzi Bankın uçot dərəsini artırması ilə birbaşa bağlı deyil.
"Mən açığını deyim - hazırda uçot dərəsinin dəyişdirilməsinin iqtisadi artımın səngiməsinə birbaşa təsiri yoxdur",- Sədr bildirib.
Taleh Kazımov qeyd edib ki, faiz dərəcəsi alətinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı islahatlar aparır. İlk növbədə Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dair qəbul etdiyi qərarları ilə banklararası təminatsız pul bazarına təsir etməyi hədəfləyir. Qəbul edilən sərt qərarlar nəticəsində banklararası təminatsız pul bazarında orta faiz dərəcəsi ilin əvvəlindən bəri 1.2 faiz bəndi qalxıb. Bu istiqamətdə hədəflərə nail olmaq, daha sonra faiz aləti ilə ümumi tələb və təklifə təsir etmək nəzərdə tutulur. Bu hədəflərə tam nail olunsa, faiz dərəcəsi barədə qəbul edilən qərarların iqtisadi fəaliyyətə təsiri yüksələcəkdir.
Taleh Kazımov əlavə edib ki, ötən ilin sentyabr ayından ötən dövrdə faizlərin artırılması üzrə qəbul edilmiş qərarlar bankların kredit portfelinin (müştərilərə verilmiş kreditlər) artım tempinin bir qədər aşağı düşməsinə səbəb olub.
Mərkəzi Bank hesab edir ki, ilin əvvəlində iqtisadi fəaliyyətdəki zəiflik müvəqqətidir, qarşıdakı dövrdə iqtisadiyyatda canlanma gözlənilir. Mərkəzi Bank 2023-cü ildə qeyri-neft sektorunda məhsul istehsalının 6% civarında artacağını gözləyir.
Dövlət Statistik Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında ölkədə 30 milyard 310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artmışdır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılmışdır.
Həmçinin oxu
Mərkəzi Bank faiz qərarını açıqladıMüştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 4 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 9 saat əvvəl
-
10 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb




















