“Rabitəbank”da yeni təyinat olub
“Rabitəbank” ASC-də İnsan Resursları Departamentinin direktoru vəzifəsinə təyinat olub
Anar Mirzəyev “Rabitəbank” ASC-nin İnsan Resursları Departamentinin direktoru vəzifəsinə işə qəbul edilib.
Bu barədə Marja-ya Bankdan bildirilib.
Qeyd edilib ki, A. Mirzəyev 2009-2010-cu illərdə əmək fəaliyyətinə Kaspian Marin Konstrakşında Kadr işləri üzrə mütəxəssis olaraq başlamışdır. Daha sonra 2011-2012-ci il tarixlərində Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyində Kadrlar və sosial siyasət şöbəsində məsləhətçi, 2012-2013-cü il tarixlərində Moody İnternational (BP)-da Dövlət orqanları ilə əlaqələr şöbəsində Torpaq işləri üzrə koordinator, 2013-2016-ci il tarixlərində AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi üzrə, 2017-2019-cu il tarixlərində AR Vergilər Nazirliyinin Tədris Mərkəzində İqtisadiyyat və menecment kafedrasında baş müəllim-layihələrin idarə edilməsi qrupunun rəhbəri, 2019-cu il tarixində AR Maliyyə Bazarlarına Nəzarət Palatasında İnsan resursları və karyera inkişafı idarəsinin rəisi, 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialında İnsan resursları şöbəsinin müdiri və 2020-ci il tarixindən isə TƏBİB-də ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) Təlim və karyera planlaması şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində “Business Schooll”da İnsan resurslarının idarə edilməsi mövzuları üzrə müəllim kimi fəaliyyət də göstərir.
Həmçinin qeyd edilib ki, A. Mirzəyev Bakı Dövlət Universitetində (BDU) Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası və Azərbaycan Turizm və Menecment Universitetində Maliyyə üzrə bakalavr təhsili, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycanda siyasi proseslər üzrə isə magistr təhsili almışdır. Həmçinin, Polşa və Cənubi Koreya Respublikasının müxtəlif qurumlarında İnsan resurslarının idarə edilməsi üzrə təcrübə keçmiş və 2015-ci il tarixində ABŞ Dövlət Katibliyinin “Professional Fellowship” təqaüd proqramı üzrə məzun olmuşdur. Əlavə olaraq, Macarıstan və Türkiyədə “Dövlət orqanlarında insan resurslarının idarə edilməsi sistemi”, Almaniya, Latviya və Litvada “Təlim və inkişaf strategiyası” və “Xidməti fəaliyyətinin qiymətləndirilməsi” və son olaraq İSO 9001:2015 Beynəlxalq standartı üzrə “Daxili auditor” təlim kurslarında iştirak etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
12 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
13 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
14 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
14 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 14 saat əvvəl
-
14 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
15 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 15 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
