Biz qaz bazarında Azərbaycanla əməkdaşlığımızda yeni səhifə açırıq
Bu gün həyəcanlı gündür. Biz Anlaşma Memorandumu imzalayaraq siyasi siqnal göndəririk ki, Azərbaycanla tərəfdaşlıq edərək təbii qazın Avropaya idxalı üçün yeni dəhlizin yaradılmasına hazırıq.
Bunu Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.
O bildirib ki, keçən il Avropanın enerji sektoru üçün çətin il oldu.
“Qaz təchizatının təhlükəsizliyi sahəsində çətinliklərlə üzləşdik, eyni zamanda, qiymətlərdə ciddi artıma şahid olduq. Xüsusilə də Rusiya qazından asılı olan Mərkəzi və Şərqi Avropa ciddi çətinliklər yaşadı. Slovakiya ötürücü sistem operatorlarının qurulması ilə bağlı təşəbbüskarlardan olub, biz həmçinin Azərbaycandan əlavə təchizat üçün müvafiq strukturun inkişafını dəstəkləmişik. Rusiya qazından asılılığı tamamilə aradan qaldırmaq bizim milli gündəliyimizdədir, həmçinin Avropa Komissiyasının bloka üzv ölkələrin daha dayanıqlı olması istiqamətindəki fəaliyyəti ilə uzlaşır. Mən Azərbaycan qazının, SOCAR-la əməkdaşlıq çərçivəsində Şərqi Avropaya çatması üçün yeni ötürücü sistem operatorlarının qurulması ilə yeni dəhlizin yaradılması təşəbbüsünü dəstəkləyirəm. Bu təşəbbüsün bizim regionumuzda qaz təchizatının təhlükəsizliyi üçün böyük potensialı var. Biz artıq Anlaşma Memorandumu imzalayaraq prosesi başlatmış olduq. Biz bu istiqamətdə səyləri həm siyasi, həm də maliyyə baxımından dəstəkləyirik. Biz qaz bazarında Azərbaycanla əməkdaşlığımızda yeni səhifə açırıq. Çünki Azərbaycan və SOCAR bizim üçün uzunmüddətli, etibarlı və ədalətli tərəfdaşdır. Mən inanıram ki, növbəti on illikdə biz Azərbaycanla bu sahədə uğurlu əməkdaşlıq edəcəyik”, - nazir vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
5 d. əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
13 d. əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
26 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 29 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Ən çox oxunanlar
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti





















