“Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” İctimai Birliyi təsis edildi
Azərbaycanda “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” İctimai Birliyi təsis edilib.
“Caspian Event Organisers”in yaydığı məlumata görə, Assosiasiyanın məqsədi Azərbaycanda yarmarka-sərgi, tədbir sənayelərinin inkişafı və gücləndirilməsinin təşviqi çərçivəsində bu sənaye növlərinin iştirakçılarının konsolidasiyası, sektor daxilində layihə və təşəbbüslərin işlənib hazırlanması, konqres və sərgi sənayesinin beynəlxalq aləmdə təşviqidir.
Biznes assosiasiyaları ölkə iqtisadiyyatının sektoral və regional hədəflərinə nail olunmasında dövlət-biznes dialoqu platforması olmaqla yanaşı, üzv şirkətlərin fəaliyyət göstərdikləri sektor və ya bölgələrin dayanıqlı inkişafı istiqamətində mühüm vasitələrdən biridir. Beynəlxalq sərgilərin təşkilində çoxillik təcrübəyə malik şirkətlər tərəfindən belə bir assosiasiyanın təsis edilməsi, şübhəsiz, həm sərgi təşkilatçılığı sahəsinə, həm də ümumilikdə ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir.
Assosiasiyanın təsisçiləri beynəlxalq sərgilərin təşkili sahəsində ixtisaslaşmış “Caspian Event Organisers”, “Iteca Caspian” və “AzExpoMontage” şirkətləri, direktoru və qanuni təmsilçisi isə “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədovdur.
Müstəqil Azərbaycanın sərgi sənayesinin əsası ilk dəfə 1994-cü ildə keçirilmiş “Xəzər Neft və Qaz” Sərgisi ilə qoyulmuşdur. Bu müddət ərzində Azərbaycanda sərgi sənayesi işgüzar turizm, mehmanxana, restoran biznesi və s. inkişafına daimi illik töhfəsi ilə ölkə iqtisadiyyatının bir hissəsinə çevrilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 43 d. əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)





.jpg)
