Xalq Bank “Visa B2B Connect” ödəniş platformasına qoşuldu
(®️) Ölkənin aparıcı banklarından biri olan Xalq Bank növbəti innovativ biznes həllini uğurla tətbiq edərək “Visa B2B Connect” ödəniş platformasına qoşuldu.
“Visa B2B Connect” sistemi korporativ müştərilərin şirkətlərarası beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi zamanı hesablaşmaların rahat və tam təhlükəsiz şəkildə icrasını təmin edir. Tranzaksiyaların sürətli və rahat həyata keçirilməsi Banka, eləcə də müştərilərinə biznesin effektivliyini artırma imkanı verir.
Qeyd edək ki, hal-hazırda “Visa B2B Connect” texnologiyası dünyanın 80-dən çox ölkəsində tətbiq edilir.
Xalq Bank 2008-ci ildən Visa International ödəniş sistemi ilə əməkdaşlıq etməklə müştərilərə müxtəlif məhsul və xidmətlər təklif edir. Bank müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı olaraq çalışır və bu tədbirlərin mühüm tərkib hissəsi olaraq rəqəmsallaşmaya və müasir texnoloji həllərin tətbiqinə böyük diqqət ayırır.
Xalq Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi FaceboKok və Instagram səhifələrindən, www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 19 saat sonra
-
-
2 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
2 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 3 saat əvvəl
-
7 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Ən çox oxunanlar
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir






.jpg)
.jpg)






.jpg)







