Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Naxçıvanda Komitə sədri işdən çıxarılıb, yenisi təyin olunub

Naxçıvanın Statistika Komitəsinin sədri işdən çıxarılıb, yenisi təyin olunub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvanda Komitə sədri işdən çıxarılıb, yenisi təyin olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov vəzifəsindən azad edilib, onun yerinə Hüseyn Fərəməz oğlu Bağırov təyin olunub.

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov F.Bağırovu kollektivə təqdim ediblər.

Təqdimat zamanı Naxçıvanda statistika işinin aparılması və təşkili, təsərrüfatların qeydiyyatı, statistik hesabatların hazırlanması zamanı ötən illərdə buraxılan nöqsanlar diqqətə çatdırılıb.

Fuad Nəcəfli və Tahir Budaqov işlərin dövrün tələblərinə uyğun qurulması, fəaliyyətin yenidən və çevik formada təşkili barədə yeni rəhbərliyə öz tapşırıq və tövsiyyələrini çatdırıblar.

Qeyd edək ki, Hüseyn Bağırov 1979-cu ildə Naxçıvan şəhərində anadan olub. Bu təyinatadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində çalışıb.

Vaqif Rəsulov Hüseyn Bağırov
07.04.2023 11:49

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18