İri bankdan "Dolların qiyməti 36 lirəyə çata bilər" proqnozu
Böyük Britaniya bankı "Standard Chartered" iqtidar dəyişikliyindən asılı olmayaraq USD/TL məzənnənin yüksələcəyini qeyd edərək, müxalifətin qalib gələcəyi təqdirdə artımın məhdudlaşacağını bəyan edib.Böyük Britaniya bankı "Standard Chartered" 2023-cü ilin ikinci rübü üçün dərc etdiyi qlobal makro analiz hesabatında Türkiyə analizinə də yer verib.
Marja.az xəbər verir ki, Bank hesabatında Türkiyənin iqtisadi artımının son təşviqlərə baxmayaraq təzyiq altında qalacağını qeyd edib.
Hesabatda qeyd olunub ki, zəlzələ, aşağı xarici tələb və qarşıdan gələn seçkilər bu il iqtisadi aktivliyin sürətini azaldıb. Bank ölkənin iqtisadi artım proqnozunu 3 faizdən 2,5 faizə endirib.
İNFLYASİYA PROQNOZU
Hesabatda son dövrlərdə azalmasına baxmayaraq 2023-cü ildə inflyasiyanın orta hesabla 55% səviyyəsində qalacağının gözlənildiyi qeyd edilib.
Həmçinin hesabatda, Ərdoğanın seçkidə qalib gəlməsi vəziyyətində Türkiyə Mərkəzi Bankının pul siyasəti faizini 2023-cü ilin ikinci rübündə 0,50 faiz bəndi azalda biləcəyi qeyd edilib.
Hesabatda hazırkı hökumətin yeni iqtisadi planı olan "Türkiyə İqtisadiyyat Modeli"nə bağlı qaldığı güman edilib. AKP hökumətinin seçkilərdən sonra iqtidarda qalması halında mövcud siyasətlərin davam edəcəyi gözlənilir.
“Seçkilər Türkiyə üçün dönüş nöqtəsi ola bilər”
14 may seçkilərinin Türkiyə üçün dönüş nöqtəsi ola biləcəyinə diqqət çəkilən hesabatda, seçkilərin xüsusilə uzun müddətdir dəyərini itirən TL üçün həlledici olacağı bildirilib.
Hesabatda deyilir: “May seçkiləri milli valyutaya əhəmiyyətli təsir göstərəcək. Bu kontekstdə biz dollar/TL-nin daha sürətli yüksələcəyini (dolların bahalaşmasını, lirənin ucuzlaşmasını - red) gözləyirik”.
2023-cü il üçün nəzərdə tutulan 56 milyard dollarlıq turizm gəlirinə əlavə olaraq, seçkidən sonra hökumətin yeni xarici maliyyə qaynaqları axtarmalı ola biləcəyi ifadə edilib.
“DOLLAR/TL-NİN 36 SƏVİYƏSİNƏ YÜKSƏLMƏSİ MÜMKÜNDÜR”
Məzənnə ilə bağlı hədəflərini açıqlayan bank, iqtidar dəyişikliyindən asılı olmayaraq məzənnənin yüksələcəyini qeyd edərək, müxalifətin qalib gələcəyi təqdirdə artımın məhdudlaşacağını bəyan edib.
“Mövcud qeyri-ənənəvi siyasətlərdən uzaqlaşma, kifayət qədər kapital axını cəlb edə bilər. Belə bir ssenaridə 2023-cü ilin sonunda dollar/TL səviyyəsini 20 lirə səviyyəsində görə bilərik.
Digər tərəfdən, mövcud siyasətlərin davam etdirilməsi ssenarisində dollar/Türk Lirəsi məzənnəsinin 2023-cü ilin sonuna kimi 36 lirəyə çata biləcəyini düşünürük".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 5 saat əvvəl
-
-
7 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
7 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
8 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq















.jpg)




