Banklar xarici borclarını qaytarır
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il iyunun 1-nə 6 milyard 829,2 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, mayın 1-nə olan göstərici ilə müqayisədə 270,1 mln. manat və ya 3,8% azdır.
Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 135,5 mln. manat və ya 2,02% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə azalma ardıcıl 4 ay davam edir.
Manatın məzənnəsinin sabitləşməsi fonunda kommersiya banklarının xarici öhdəliklərinin tədricən azalması prosesi davam edəcəyi gözlənilir. Dollar ekvivalentində xarici öhdəliklər iyunun 1-nə 4 milyard 12,5 milyon təşkil edib.
Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 milyard 71,7 mln. manat və ya 4 milyard 211,7 milyon dollara bərabər olub. Yəni, real olaraq bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 199,2 mln. dollar və ya 4,7% azalma göstərib.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 8 d. əvvəl
-
50 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
55 d. əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 3 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
3 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Əliyevlə Tramp arasında görüş keçirilib
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
Ən çox oxunanlar
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb





















