Dövlət qurumlarda ölçmə cihazlarının düzgün işləyib-işləmədiyi yoxlanılır
Dövlət idarələrində metroloji nəzarət tədbirləri davam etdirilir. Monitorinqlər zamanı ümumilikdə 240 ölçmə vasitəsi yoxlamadan keçirilib..jpg)
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti dövlət idarə, müəssisə və təşkilatlarında dövlət metroloji nəzarət tədbirlərini davam etdirir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, ötən ilin sentyabr ayından etibarən Dövlət Xidməti tərəfindən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azəriqaz” İB-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir.
Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində ümumilikdə “Azəriqaz” İB-nin Metrologiya Departamentində 24 ölçmə vasitəsi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan 6 müəssisədə 121 ölçmə vasitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan 4 müəssisədə 95 ölçmə vasitəsi dövri yoxlamadan keçirilib.
Hazırda Dövlət Xidməti Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin sınaq laboratoriyasında, “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan qurumlarda ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqləri davam etdirir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB
Son Xəbərlər

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb

LC Waikiki-nin sədri: "Çətin bir dövrdən keçirik"

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb

Milyarder Cef Bezosdan 2045 proqnozu
Ən çox oxunanlar

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
