“PAŞA Həyat Sığorta” şirkətinin xalis mənfəəti 2 dəfədən çox artıb
“PAŞA Həyat Sığorta” ASC Milli Mühasibat Uçotu Standartları əsasında hazırlanmış hesabatlarını dərc edib.
“PAŞA Həyat Sığorta” ASC 2022-ci ili 39 milyon 527 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 17 milyon 714 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, “PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 21 milyon 813 min manat və ya 2,2 dəfə artıb.
Marja.az xəbər verir ki, 2022-ci ildə “PAŞA Həyat Sığorta”nın topladığı sğorta haqları 413 milyon 228 min manat, sığorta ödənişləri isə 215 milyon 366 min manat təşkil edib.
Ötən il “PAŞA Həyat Sığorta” 24 milyon 589 min manat investisiya gəlirləri də əldə edib.
2022-ci ildə “PAŞA Həyat Sığorta”nın cəmi əməliyyat gəlirləri 324 milyon 825 min manat, cəmi əməliyyat xərcləri 273 milyon 273 min manat olub. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 291 milyon 779 min manat, cəmi əməliyyat xərcləri 268 milyon 210 min manat təşkil etmişdi.
“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta bazarının lideridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 40 milyon 250 min manatdır.
“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (MHBS) əsasında da hazırlanmış maliyyə hesabatlarını dərc edib. MHBS hesabatına əsasən, “PAŞA Həyat Sığorta” şirkəti 2022-ci ili 26 milyon 117 min manat xalis mənfəət ilə başa vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)









.jpg)

