Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Xarici dövlətlərin avtomobillərinə “İcazə” blanklarının sərhəddə kvotadankənar verilməsi ləğv edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici dövlətlərin avtomobillərinə “İcazə” blanklarının sərhəddə kvotadankənar verilməsi ləğv edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2023-cü il tarixli Fərmanı ilə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi ləğv edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, beynəlxalq sərnişin və yük daşımaları Azərbaycan Respublikası ilə digər ölkələr arasında kvota ilə müəyyin edilən “İcazə” blankları əsasında həyata keçirilir.

Kvota sistemi ilə yanaşı, sərnişin və yük daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinə sərhəddə kvotadan kənar “İcazə” blanklarının verilməsi mexanizmi də tətbiq edilirdi. Qeyd olunan mexanizmin mövcudluğu isə kvota üzrə mübadilə edilmiş “İcazə” blankı bitən tərəfin avtodaşıyıcılarının sərhəddə müvafiq “İcazə” blankını alaraq yerli daşımalar bazarına daxil olmaqla ölkə ərazisinə və ərazisindən yüklərin və sərnişinlərin daşınmasına imkan yaradırdı. Nəticədə daşımalarla bağlı kvota üzrə mübadilə edilən “İcazə” blanklarının Azərbaycan avtodaşıyıcıları tərəfindən tam şəkildə istifadə edilməməsi, onların müvafiq sifarişlərdən kənarda qalmaları baş verirdi. Bu da öz növbəsində milli avtodaşıyıcıların nəqliyyat parkının yenilənməsinə və sayının artmasına mənfi təsir göstərməklə onların beynəlxalq səviyyədə rəqabətliliyini və bazar paylarını azaltdı, yeni iş yerlərinin yaranması imkanlarını məhdudlaşdırdı.

Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsinin ləğvi ilə kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olmasına imkan verilməyəcək. Həmçinin beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmələrinə münbit şərait yaranacaq. Eləcə də beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payları və beynəlxalq səviyyədə rəqabətliliyi əsaslı dərəcədə artacaq.

İcazə blank
30.03.2023 17:05
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18