Bərdədə soğan yığımına başlanılıb – qiyməti ucuzlaşacaq
Bərdədə payızlıq soğanın yığımına başlanılıb. Soğanın kütləvi yığımı isə aprelin ortalarında həyata keçiriləcək. Təzə məhsulun bazarlara çıxışı bolluğa, bu isə öz növbəsində qiymətlərə təsir göstərəcək.
Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev bildirib ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan və Tərtər rayonlarında həyata keçirilir. Yazlıq soğan fevral-mart aylarında, payızlıq soğan isə sentyabr ayında səpilir. Payızda əkilən soğanın yığımı aprel, may, iyun aylarında, yazda əkilən soğanın yığımı isə avqust ayında həyata keçirilir.
Payızlıq soğan əsasən Bərdə rayonunda becərilir. Hazırda payızlıq soğan sahələrində son becərmə işləri görülür – mineral gübrələr verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə aparılır. Sahələrin suvarılmasında son illər daha çox damla üsulundan istifadə edilir ki, bunun nəticəsində məhsuldarlıq yüksəlib.
“Hazırda bəzi fermerlər becərmə işləri ilə yanaşı, nübar soğan yığımına da başlayıblar. Bazarda bir kiloqram təzə soğanın qiyməti 90 qəpiyə təklif olunur. Soğanın kütləvi yığımına başlanandan sonra qiymətlərdə ucuzlaşma olacaq. İstehsal olunan məhsul xaricə ixrac edilərsə, fermerlər də mənfəət götürürlər”, - deyə V.Babayev bildirib.
Bərdə Rayon Statistika İdarəsindən bildirilib ki, martın 1-nə olan məlumata görə, 2023-cü ilin məhsulu üçün rayon ərazisində 674 hektar sahədə soğan əkilib. Ötən il isə 721 hektar sahədə soğan becərən bərdəli fermerlər sahələrdən 32090 ton məhsul götürüblər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)


