Almaniya kanslerindən Deutsche Bank bəyanatı
Almaniya kansleri Olaf Şolz (Olaf Scholz) bildirib ki, ən böyük bazar payına malik bank olan Deutsche Bank-ın səhmlərinin kəskin ucuzlaşmasına baxmayaraq, bank çox gəlirli bankdır və narahat olmağa dəyməz.Almaniya kansleri Olaf Şolz , Brüsseldə keçirilən Avropa Birliyi (AB) Liderlər Zirvəsi sonunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Marja-nın məlumatına görə, Scholz bildirib ki, AB liderləri bugünkü görüşlərində qlobal bazarlardakı son hadisələri və Avropa ölkələrindəki vəziyyəti müzakirə ediblər.
Avropa bank sisteminin sabit olduğunu vurğulayan Şolz, AB-də bankların ciddi nəzarətə tabe olduğunu və güclü kapital qaynaqlarına malik olduğunu bildirib.
Jurnalistin Almaniya federal hökumətinin Almaniyanın ən böyük bazar payı bankı olan Deutsche Banka təcili yardım təklif edə biləcəyi ilə bağlı sualına Şolz belə cavab verib: “Heç nədən narahat olmağa ehtiyac yoxdur”.
Şolz, "Deutsche Bank biznes modelini modernləşdirərək tamamilə yenidən strukturlaşdırdı və çox gəlirli bir bankdır" şərhini edib.
Deutsche Bank-ın səhmləri FED-in son faiz artımasından sonra bank sistemindəki stressin artmağa davam etməsi səbəbindən kəskin şəkildə ucuzlaşıb.Bankın səhminin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə yaxınlaşıb.
Almaniyanın digər bankı Commerzbank-ın səhmləri də 5 faizdən çox ucuzlaşıb.
Deutsche Bank və Commerzbank səhmləri ABŞ-da Silikon Vadisi Bankının iflası və təxminən iki həftə əvvəl bank böhranının başlamasından sonra 25 faizdən çox dəyər itirib.
İsveçrənin Credit Suisse bankında baş verən hadisələr, ABŞ-da Silicon Valley Bank (SVB) və Signature Bank-ın iflası qlobal bank sektorunun sağlamlığı ilə bağlı narahatlıqları artırıb, bu narahatlıqlar 17 Martdan etibarən Avropa banklarını təzyiq altında qoyub.
Rəqib UBS tərəfindən Credit Suisse-ə təcili yardım göstərildikdən sonra belə bir çox investorlar böhranının digər maliyyə institutlarına yayılacağından narahatdırlar.
Avropada UBS və Credit Suisse arasındakı sövdələşmənin nominal dəyəri 16 milyard frank (17,3 milyard dollar) olan subordinasiyalı borc aləti olan AT1 istiqrazlarını sildikdən sonra banklar təzyiqə məruz qalıb. Bankların istiqraz qiymətləri təzyiq altında olduğu üçün Avropa bazarlarında volatilliyə səbəb olub.
UBS, Societe Generale kimi digər böyük maliyyə qurumlarının CDS də bu gün yüksəlib.
Avropa Mərkəzi Bankının (ECB) sədri Christine Lagarde bank sisteminin güclü olduğunu və inflyasiyanın 2 faizə qaytarılmasında qərarlı olduqlarını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
3 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
7 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
7 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq




















