"Rusiya ilə Çin arasında ticarət 2023-2024-cü illərdə 300 milyard dollara çatacaq"
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi çox yaxın gələcəkdə, 2023-2024-cü illərdə 300 milyard dollara çatacaq.
“Mən 2000-ci ildə Vladimir Vladimiroviç Putinin nümayəndə heyətinin tərkibində Çinə ilk dəfə gedəndə ticarət dövriyyəmiz 8 milyard dollar idi. Hazırda 185 milyard dollardır və çox güman ki, çox yaxın gələcəkdə, bu il, gələn il 300 milyard dollar olacaq”, - deyib.
Həmçinin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Çin artıq dünyanın bir nömrəli iqtisadiyyatına çevrilib.
"Bu yaxınlarda Avropa İttifaqı ilə ticarət dövriyyəmiz 400 milyard dollar idi, axmaq qərarlar verdikləri üçün indi azalıb. Vallah, Allah onların hökmünü versin, onlar bizdən qat-qat çox itirdilər", -deyib.
Çin sədri Si Cinpin 20-22 mart tarixlərində dövlət səfəri ilə Rusiyada olub və bu, onun üçüncü müddətə dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xaricə səfəri olub. Bazar ertəsi Çin Xalq Respublikasının sədrinin Rusiya prezidenti Vladimir Putinlə qeyri-rəsmi görüşü olub, çərşənbə axşamı isə nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Çin danışıqları keçirilib.
Səfər zamanı 2030-cu ilə qədər Rusiya-Çin iqtisadi əməkdaşlığının əsas istiqamətlərinin inkişaf etdirilməsi planına dair birgə bəyanat imzalanıb. Rusiya tərəfdən danışıqlarda Dmitri Medvedev də iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
3 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
7 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
7 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















