Dünyanın ən böyük fond menecerindən maliyyə böhranı xəbərdarlığı
Dünyanın fond idarə edilməsi üzrə ən böyük şirkəti olan "Blackrock"un baş direktoru Larri Fink xəbərdarlıq edib ki, bank böhranı əvvəlki böyük böhranlara bənzəyir və 3 iflasla məhdudlaşa bilməz."BlackRock"un baş icraçı direktoru Larri Fink (Larry Fink), bank böhranının ABŞ-ın Silikon Vadisi Bankının iflasından kənara çıxa biləcəyini və on ildən artıq bir müddətdə asan pul və aşağı faiz dərəcələri zamanı maliyyə sistemindəki "çatlar" ilə bağlı yüksək narahatlıqları artıra biləcəyini söyləyib.
Marja xəbər verir ki, dünyanın ən böyük fond idarəetmə şirkəti olan "BlackRock"un Baş direktrou Larri Fink, "Dominolar aşmağa başlayırmı? Zərərin nə qədər geniş yayıldığını bilmək hələ tezdir", - deyib.
“Son iflaslar əvvəlki böyük böhranları xatırladır”
70 yaşlı Baş direktor hələlik problemin tənzimləyici qurumların tədbirləri ilə nəzarət altında olsa da, "Silicon Valley Bank" və "Signature Bank"ın keçən həftəki iflasları,1980-ci və 1990-cı illərin əvvəllərindəki əmanət və kredit böhranı və "Orange County California"nın 1994-cü ildəki iflası daxil keçmişdəki heyrətamiz maliyyə böhranlarını xatırladır.
"Asan, həm də ucuz pul və tələb dəyişikliklərinin (tənzimləyicilərin tələbləri - red) nəticələrinin ABŞ-ın regional bank sektorunda (S&L böhranına bənzər) daha çox müsadirə və iflasa gətirib çıxaracağını hələ bilmirəm", - Fink deyib.
Fink, bəzi bankların balans hesabatlarını dəstəkləmək üçün kredit verməyi dayandırmalı olacağını və tənzimləyicilərin daha sərt kapital tələbləri tətbiq edəcəyini bildirib.
"Blackrock"un Baş direktoru, iqtisadiyyat və maliyyə sisteminin yüksək inflyasiya və FED-in faiz artımı ilə yeni dövrə daxil olduğunu bildirib. Fink, yaxın bir neçə il ərzində inflyasiyanın 3,5 faiz və ya 4 faizə yaxın qalacağını söyləyib.
Son 10 il ərzində BlackRock-un idarə etdiyi müştəri aktivləri 8,6 trilyon dollara qədər artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
5 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















