ABŞ-da banklar ilə bağlı daha sərt tələblər tətbiq olunacaq

ABŞ administrasiyası Silicon Valley Bank (SVB) və Signature Bank-ın iflası fonunda ABŞ bank sistemi üçün daha sərt tənzimləmələr tətbiq etmək niyyətindədir.
Marja xəbər verir ki, bunu bazar ertəsi prezident Co Bayden bəyan edib.
"Mən Konqresdən və bank tənzimləyicilərindən banklarla bağlı qaydaları sərtləşdirməyi və bu cür bank uğursuzluğunun təkrarlanma riskini azaltmağı xahiş edəcəyəm. Həm də Amerika iş yerlərini və kiçik bizneslərini qorumaq üçün" , -o, Ağ Evdə çıxış edərkən deyib.
Bayden, investorların deyil, adi əmanətçilərin bütün vəsaitlərini SVB və Signature Bank-da alacaqlarına söz verib. Bununla yanaşı, ABŞ Prezidenti bu bankların rəhbərliyinin də işdən çıxarılacağını vurğulayıb.
"Bu banklarda əmanətləri olan bütün müştərilər sakit ola bilərlər: onlar qorunacaqlar. Və bu gündən etibarən pullarına çıxış əldə edəcəklər. Vergi ödəyicilərinin heç bir itkisi olmayacaq”, - deyə prezident bildirib.
"İkincisi, bu bankların rəhbərliyi işdən çıxarılacaq. Əgər bank Federal Əmanətlərin Sığortalanması Korporasiyasının nəzarətinə keçərsə, o zaman onu idarə edən şəxslər daha orada işləməməlidir. Üçüncüsü, bu bankların investorları müdafiə olunmayacaq. Onlar bunu dərk edərək risk ediblər. Risk baş verəndə investorlar pullarını itirirlər. Kapitalizm belə işləyir”, - Bayden bildirib.
“Bu bankların ilk növbədə indiki vəziyyətə necə düşməsi ilə bağlı mühüm suallar var. Biz nə baş verdiyi və niyə baş verdiyi barədə tam məlumat almalıyıq. Günahkarlar cavab verməlidir", - prezident deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
9 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 12 d. əvvəl
- 23 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
