“Masdar” şirkəti piramida dələduzluğu ilə bağlı xəbərdarlıq etdi
“Masdar” şirkətinin adından "sərmayə yatırın" çağırışı dələduzluq əməlləridir"“Abu Dhabi Future Energy Company” PJSC – Masdar (“Masdar”) Azərbaycanda təsis edilmiş törəmə şirkətləri (“Masdar Azerbaijan” MMC və “Masdar Azerbaijan Energy” MMC) ilə birgə bəyan edir ki, onlarda olan məlumatlara görə ayrı-ayrı şəxs və ya təşkilatlar sosial media platformalarından istifadə edərək Azərbaycan ictimaiyyət nümayəndələrini “Masdar” şirkəti ilə əlaqəsi olduğunu iddia edən şirkətlərə sərmayə qoymağa təşviq edir.
"Marja" xəbər verir ki, bu barədə “Masdar” şirkəti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, insanların “Masdar Energy” adlı şirkətə sərmayə qoymağa təşviq olunduğu və vəsaitlərini günəş və külək enerjisi istehsalı layihələrinə yatırılacağı ilə bağlı vədlər verildiyi bildirilir.
““Masdar” bu və bu kimi sosial media platformalarında təbliğ olunan “investisiya imkanları”nın əslində vəsaitin yalnız investorlardan gəldiyi “piramida” sxemi olduğunu anlayır. Aşağıda göstərilən məlumat ictimaiyyət nümayəndələrini “Masdar”ı təmsil etmək və ya onun adından məhsul və ya xidmətlər təklif etmək iddiasında olan qurum və ya şəxslərin dələduzluq əməllərindən qorumaq məqsədi daşıyır.
“Masdar” bərpa olunan enerji istehsalı üzrə aparıcı şirkətdir və tam olaraq üç səhmdara məxsusdur: “Əbu Dabi Milli Enerji Şirkəti” (TAQA), “Mubadala İnvestisiya” şirkəti (Mubadala) və “Əbu Dabi Milli Neft” şirkəti (ADNOC). “Masdar” fiziki şəxslərə və ya şirkətlərə heç bir bank və ya investisiya xidmətləri göstərmir və ya heç bir maliyyə institutunun nümayəndəsi kimi çıxış etmir. Heç bir halda “Masdar” şirkəti və ya onun hər hansı əməkdaşı “Telegram” və ya “YouTube” kimi sosial media platforması vasitəsilə hər hansı investisiya imkanları təklif etmir. “Masdar” şirkətindən olduqlarını iddia edən şəxs və ya qurumlar sosial media və ya digər kanallar vasitəsilə sizə investisiya xidmətləri təklif edərsə, pul depozitləri istəyərsə və ya şəxsi məlumatlarınızı əldə etməyə cəhd edərsə, həmin şəxs və ya qurumlar dələduzluq və ya şəxsi məlumatların ələ keçirilməsi əməlləri ilə məşğuldur və onlar barəsində yerli polis orqanına məlumat verilməlidir.
“Masdar” şirkətinin rəsmi veb-saytı yalnız https://www.masdar.ae domen adı altında fəaliyyət göstərir və bu rəsmi veb-sayta bənzəyən hər hansı digər veb-saytların hostları ilə əlaqəsi yoxdur. Siz yuxarıdakı domen adını brauzerinizin ünvan sətrinə yazmaqla və ya orijinal vebsaytı işarələməklə “Masdar” veb-saytına daxil ola bilərsiniz. Tövsiyə edirik ki, “Masdar” veb-saytına mənşəyi məlum olmayan e-məktublarda və ya veb-saytlarda təqdim olunan hiperlinklər, internet axtarış sistemləri və ya işçi pəncərələr vasitəsilə daxil olmayasınız”, - deyə məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
6 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
8 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti






.jpg)

















